Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” “Vrvana” şirkətini satın aldı

“Apple” korporasiyası əlavə reallıq avadanlığı tərtibatçısı olan “Vrvana” şirkətini satın alıb. 

İKT.lent.az-ın “TechCrunch” nəşrinə istinadən məlumatına görə, razılaşmanın məbləği 30 milyon dollar təşkil edir.

 

“Vrvana”nın on nəfərə yaxın əməkdaşı “Apple”də işləməyə keçiblər. Qeyd edilir ki, “Apple” bu məlumata heç bir aydınlıq gətirməyib. 

Bundan öncə isə bildirilib ki, “Apple” şəxsi əlavə reallıq avadanlığını istehsal etməyi planlaşdırır. Yeni texnologiyanın tərtibatı üçün onlarla insanın çalışacağı ayrıca bir bölmə yaradılıb.
 
Planlaşdırılır ki, yeni cihazın texnologiyası smartfondan asılı olmayacaq. Avadanlığın özünün əməliyyat sistemi olacaq ki, o da şəxsi mikroçipdə çalışacaq.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017