Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Uber”ə kiberhücumda Rusiya izi

"Uber” xidmətinin minlərlə müştərisi əmindir ki, onların səhifələrini rusiyalı hakerlər sındırıb. Belə ki, onlara Moskva və Sank-Peterburqda bu xidmətdən istifadə etdiklərinə dair hesab fakturaları gəlib, halbuki bu insanlar Rusiyaya səfər etməyib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Times” məlumat yayıb.

 

Qəzet yazıb ki, 800-dən çox britaniyalı və amerikalı “Twitter”də “Uber”dəki qeydiyyat səhifələrinin oğurlandığını bildirib. Onlar əmindir ki, oğurlanan qeydiyyatları “darknet”də (bir-birinə etimad edən iştirakçılar arasında qurulan özəl şəbəkə) satılıb.   

 

Xatırladaq ki, hakerlərin “Uber”in 57 milyondan çox istifadəçisinin və sürücüsünün şəxsi məlumatlarını oğurladıqları barədə xəbər yayılıb. Olay 2016-cı ilin oktyabrında baş verib. Dünya üzrə 50 milyondan çox istifadəçinin adları, elektron ünvanları, mobil nömrələri hakerlərin əlinə keçib. Bundan başqa, 7 milyon sürücü, o cümlədən ABŞ-dakı 600 min sürücülük vəsiqəsi barədə məlumatlar da hakerlərin əlindədir.

 

Bununla yanaşı, “Uber” bəyan edib ki, kredit kartları, səfərlərin marşrutu barədə informasiyaları qorumaq mümkün olub.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017