Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Gürcülər elektromobil buraxacaq

Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərin istehsalına başlanılması planlaşdırılır.

 

İKT.lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir. 

 

Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir. 

 

Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobillər yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018