Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S9” gələn ilin fevralında satışa çıxarıla bilər -

“Samsung”un istehsalı olan yeni “Galaxy S9” və S9+ smartfonlarının satışına 2018-ci ilin fevral ayında start verilə bilər.
 
İKT.lent.az-ın “The İnvestor”a istinadən verdiyi xəbərə görə, yeni smartfonların rəsmi təqdimatı “Beynəlxalq Elektronika İstehlakçıları Sərgisi-2018”də baş tutacaq. Cihazın nümayişi isə 2018-ci ilin 9-12 yanvar tarixlərində Las-Veqasda keçiriləcək.

 

“Star 1” və “Star 2” adlandırılan smartfonlar “Android Oreo” əməliyyat sistemi ilə çalışacaq.
 
Qeyd edək ki, daha əvvəl yayılan məlumata əsasən “Galaxy S9”un antiblik örtüklü peşəkar kamerası olacaq. Bundan başqa, “Samsung” “Galaxy S8” və “Galaxy Note 8” modellərinə böyük endirimlər elan edib.

LENT

24 Fevral 2018
23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018