Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”in dəstəyi ilə futzal turniri təşkil edilib

"Bakcell" şirkətinin dəstəyi və Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Bakıda futzal üzrə payız turniri keçirilir.

 

İKT.lent.az-ın xəbərinə görə, Bakıda təşkil olunan və noyabrın 22-də başlayan turnirdə “Zirvə”, “Şimşək”, “Ümid”, “Azəri” və “Bakı” komandaları iştirak edir.

 

Turnirin sonundaqalib komanda və II, III yerləri tutan komandalar kuboklar, medallar və diplomlarla təltif olunacaqlar. Həmçinin, turnirlərdə fərqlənən “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı” və “ən məhsuldar oyunçu”ya "Bakcell" tərəfindən hədiyyələr təqdim ediləcək.

 

"Bakcell" 2007-ci ildən başlayaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə yaz, payız və 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirlərinə dəstək göstərir. Bu turnirlərə ümumilikdə 48-60 nəfər əlil futbolçu cəlb edilir. “Bakcell”in sponsorluğu ilə ildə iki və ya üç dəfə keçirilən turnirlərdə iştirak edən komandaların hər bir üzvü idman geyimləri və ləvazimatlarla təmin olunur.

 

"Bakcell" şirkətinin dəstəyi ilə keçirilən respublikadaxili turnirlər zamanı Azərbaycan Əlillər Futbolu Federasiyası eşitməqüsurlu insanlardan ibarət milli yığma komanda üçün seleksiya işləri də aparır. Oyunlar zamanı fərqlənən gənc futbolçular milli komandaya dəvət olunur və beynəlxalq yarışlarda iştirak edirlər.

 

Azərbaycan Əlillər Futbolu Federasiyası 2006-cı ildən bəri paytaxtda fəaliyyət göstərən eşitmə qüsurlu əlil uşaqlar üçün 3 xüsusi internat məktəbinin şagirdləri və məzunlarından ibarət 2 yaş qrupu üzrə komandalar toplayıb və intensiv məşqlərə başlayıb. 2006-cı ilin oktyabr ayında 4 komandanın iştirakı ilə ənənəvi futzal turnirlərinin əsası qoyulub.

 

"Bakcell" özünün Korporativ Sosial Məsuliyyət strategiyası vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləyir.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017