Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu rüb smartfonlar üçün 530 milyon panel buraxılıb

Çinin “Sigmaintell” analitik şirkətinin hesablamalarına əsasən, 2017-ci ilin üçüncü rübündə smartfonlar üçün 530 milyon ədəd panel istehsal edilib.
 
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bu, 2016-cı ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 1 faiz çoxdur.
 
Məhsulun ən iri tədarükçüsü “Samsung Display” şirkətidir. Cənubi Koreya istehsalçısı bir rüb ərzində 106 milyon ədəd panel tədarük edib ki, bu da bir il öncəkindən 6 faiz çoxdur.  
 
Bu siyahıda 83 milyon ədəd panellə ikinci yeri tutan “BOE Technology” şirkəti bir il ərzində tədarükünü 6,4 faiz artırıb. Üçüncü yerdə “Tianma-Microelectronics” şirkəti qərarlaşıb. Bu şirkət bir il ərzində istehsalını 48 faiz artıraraq 55 milyon ədədə çatdırıb. “Japan Display” şirkəti isə istehsalını 26 faiz azaldaraq 37 milyon ədəd panel tədarük edib.
 
İlk beşliyi “LG Display” şirkəti qapayır. Bu şirkət bir rüb ərzində 33 milyon ədəd panel istehsal edib ki, bu da bir il əvvəlki göstəricidən 27,9 faiz azdır.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017