Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Qara cümə” Bezosu “ağ gün”ə çıxardı - 100 MİLYARD$

“Amazon” online ticarət platformasının yaradıcısı Ceff Bezosun sərvəti “qara cümə” günü həyata keçirilən satışlar nəticəsində 2,4 milyard dollar artaraq 100,3 milyard dollara çatıb.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu, iri həcmli satışlar sayəsində sərmayəçilərin nikbinliyi nəticəsində şirkət səhmlərinin dəyərinin 2% yüksəlməsindən sonra baş verib. Bundan əvvəl 100 milyardlıq həddi keçə bilən şəxs 1999-cu ildə “Microsoft”un yaradıcısı Bill Geyts olmuşdu.

 

Ümumilikdə 24 noyabrda “Amazon”un satışları ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% artıb.


Xatırladaq ki, C. Bezos “Forbes”un milyarderlər siyahısında B. Geytsi ötərək 1-ci sıraya yüksəlib. Son reytinqdə “Amazon”un sahibinin sərvəti 92 milyard dollar, “Microsoft”un təsisçisinin sərvəti isə 90 milyard dollar həcmində qiymətləndirilib.

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018