Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Termometr-smartfon yaradıldı - DÜNYADA İLK

Cənubi Koreyada dünyada ilk dəfə olaraq termometr-smartfon yaradılıb.
 
İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, cihaz i-MEMS mikroelektromexaniki sistemdən ibarətdir. Bu, həmçinin temperaturun Selsi ilə -40 ilə +200 dərəcə arasında ölçülməsi üçün cihaz yaratmaq üçün bir platformadır.
 
Yüksək texnoloji cihaz temperaturu 0,5 saniyəyə müəyyən edir. Smartfonun istehsalına 2018-ci ildə başlanacaq. Termometrdən istifadə etmək üçün istifadəçilər üçün xüsusi proqram əlavəsi buraxılıb.  
 
Cihaz bədən temperaturunu ölçməyə imkan verir. Bundan başqa, cihazı ətraf mühitin temperaturunu ölçmək üçün də istifadə etmək mümkündür. Dünyada ilk termometr-smartfonun korpusu kompozisiyalı materialdan hazırlanıb. Bunun sayəsində o, lazımi davamlılığa malikdir.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018