Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“İnstagram”dakı şəkil ərin xəyanətini üzə çıxardı - FOTO

Sankt-Peterburq sakini Yuliya Aqronoviç ərinin xəyanətindən “İnstagram”dakı şəkil vasitəsilə xəbər tutub.

 
İKT.lent.az-ın Vistanews.ru saytına istinadən xəbərinə görə, bu barədə sosial şəbəkədə dərc edilən postdan məlum olub.

 

Aldadılmış qadın ərinin məşuqəsinin şəklinə orijinal şərh yazıb. Belə ki, bu günlərdə Sankt-Peterburq sakini “İnstagram” sosial şəbəkəsindəki şəkildən ərinin xəyanəti barədə xəbər tutub. Əhvalat ondan başlayır ki, uşaq stomatoloqu olan Yuliya Aqronoviç “İnstagram” sosial şəbəkəsində başqa bir qadının paylaşdığı şəkildə öz yataq otağından görünən mənzərəni tanıyıb.

 

Bundan sonra həkim bu şəkli öz səhifəsində paylaşıb. Yuliya yazdığı şərhlərdə ərini də işarələyərək, "evimizə fahişələri çoxdan gətiririrsən?" deyə sual edib. Belə bir hərəkət və açıq-saçıq şərh Yuliyaya həm həyat yoldaşı ilə, həm də öz rəqibi ilə münasibətlərinə aydınlıq gətirməsinə səbəb olub. 

LENT

24 Fevral 2018
23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018