Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“VKontakte”də göndərilmiş mesajları redaktə etmək mümkün oldu

“VKontakte” sosial şəbəkəsi istifadəçilərinə göndərilmiş mətni redaktə etməyə icazə verib.

İKT.lent.az-ın Nation-news.ru saytına istinadən məlumatına görə, sosial şəbəkənin rəhbərliyi hətta “göndərmək” düyməsini sıxdıqdan sonra göndərilən mesajları redaktə etmək imkanı verib. Belə bir imkan göndəriləndən sonrakı ilk 24 saat ərzində mümkündür.

Mətni dəyişdirmək üçün məlumatın silinməsi işarəsinin yanında yerləşən karandaş işarəsinə sıxmaq lazımdır. Bu funksiya hələlik yalnız “Android” cihazlarının sahibləri üçün əlçatandır. iOS istifadəçiləri isə bu yaxınlarda baş verəcək yenilənmədən sonra bu funksiyadan yararlana biləcək. Hələlik bu yenilənmənin dəqiq tarixi barədə məlumat yoxdur.

Bundan başqa, yenilənmə paketi çərçivəsində istifadəçinin dostlar siyahısında olmayan insanları da söhbətə dəvət etmək funksiyası əlavə edilib. Müəyyən keçid vasitəsilə bu söhbətə istənilən şəxs qoşula biləcək.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017