Bu bölmə Bakcell tərəfindən təqdim olunur

12 dəqiqəyə dolan yeni akkumulyator yaradıldı

“Samsung” şirkəti mobil cihazlar üçün enerji ilə doldurulma vaxtını 12 dəqiqəyə qədər azalda biləcək yeni akkumulyator yaratdığını elan edib. 

İKT.lent.az-ın məlumatına görə, bu barədə “Samsung Advanced Institute of Technology” (SAIT) xəbər verib.

Yeni akkumulyator qrafen əsasında istehsal edilib ki, bu da enerji ilə doldurulma vaxtını azaltmağa və batareyanın işləmə müddətini uzatmağa imkan verəcək. Belə bir akkumulyator 500 sikl dolub boşalmaya malikdir və ilkin gücünü saxlayır.

Qeyd edilir ki, qrafendən istifadə edilməklə enerji ilə doldurulma vaxtı 5 dəfə azaldıla bilər. Əgər litium ion cihazlar batareyanı təxminən bir saata doldurursa, qrafen akkumulyatorlar bu əməliyyatı 12 dəqiqəyə həyata keçirəcəklər. 

Qrafendən istifadə həmçinin akkumulyatorun gücünün 45 faiz artırılmasına imkan verəcək. Yeni akkumulyator yüksək temperaturda - 60 °C-dək işləyə biləcək. Bu da onların elektromobillərdə istifadəsinə imkan verəcək.

LENT

16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018