Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ölümcül selfi - QUMBARA ƏLİNDƏ PARTLADI

Rusiyanın Krasnodar diyarının Labinsk şəhərində yerli sakin əl qumbarasının partlaması nəticəsində ölüb.

 

İKT.lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, regionun hüquq-mühafizə orqanları bildiriblər ki, ölən gənc hadisədən əvvəl sosial şəbəkədə öz selfi fotolarını yerləşdirib. Fotoların birində o, “limonka”nın alışdırıcısını çıxardığını nümayiş etdirib.

 

“Belə görünür ki, o, alışdırıcını təkrar yerinə daxil edə bilməyib. Partlayış onu parça-parça edib”, - deyə mənbə bildirib.

 

Faktla bağlı təhqiqat aparılır.

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018