Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yeni seksual orientasiya yaranır - DİGİSEKSUAL

Kanadalı alimlər yaxın gələcəkdə yeni seksual orientasiyanın yaranacağını açıqlayıblar. İKT.lent.az-ın xəbərinə görə, “Journal of Sexual and RelationshipTherapy”də alimlərin bu mövzuda tədqiqatı dərc olunub.

 

Tədqiqatda bildirilir ki, yaxın gələcəkdə öz seksual ehtiyaclarını yalnız texnologiyaların və virtual reallığın hesabına təmin edəcək insanlar – digiseksuallar (digisexuals) ortaya çıxacaq. “Əminliklə demək olar ki, virtual seks dövrü başlayıb”, - deyə Kanadanın Manitoba Universitetinin tətbiqi və peşəkar etika üzrə Mərkəzinin direktoru, professor Nil Makkartur bildirib. O deyib ki, texnologiyaların inkişafı ona səbəb olacaq ki, çoxları canlı tərəf-müqabilinə deyil, robotlara üstünlük verəcək: “Şübhə yoxdur ki, seks-robotların dövrü yaxınlaşır. İnsanlar öz robot-tərəfdaşları ilə sıx əlaqələr quracaq. Belə robotlar daha çox sifarişlə hazırlanacaq ki, insanların arzularını yerinə yetirsin və canlı insanın etmədiyi, yaxud etmək istəmədiklərini yerinə yetirsin”.

 

Tədqiqatçılar həkimləri digiseksuallığı anlamağa və bu tip müştərilərlə işləməyə hazır olmağa çağırıb. Müəlliflərin fikrincə, onların təsvir etdiyi hal münasibətlərdə problemlərə, boşanmalara səbəb ola, eləcə də günahkarlıq və utanma hissinin güclənməsinə gətirib çıxara bilər.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017