Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei” yeni flaqmanını təqdim etdi - FOTO

“Huawei” şirkəti özünün çərçivəsiz flaqman smartfonu – “Honor V10”nu rəsmən təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, cihazın demək olar ki, bütün ön paneli displeydən ibarətdir. 16 və 20 meqapiksellik çox güclü ikili kamera sisteminə sahibdir. Ön kamera portretlər üçün süni intellekt sistemi ilə təmin edilib.

 

Smartfon 5,99 düym Full HD+ (2160х1080 piksel) ekrana malikdir, Home düyməsində barmaq izi skaneri var.

 

Cihaz “Kirin 970” prosessoru ilə təchiz edilib. Operativ yaddaş 4 və 6 GB, daxili yaddaş 64 və 128 GB-dir. Yaddaşın kartla genişləndirilməsi imkanı da var.

 

“Honor V10”un baza versiyası Çində 409 dollardan satışa çıxarılacaq. Top versiya isə 530 dollara satılacaq.  

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018