Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” səhifə oğurluqlarına qarşı funksiya yaradır

“Facebook” administrasiyası səhifə sahibinin selfisindən istifadə olunmasını nəzərdə tutan yeni müdafiə funksiyasını test edir.

 

İKT.lent.az-ın “Wired” saytına istinadən verdiyi xəbərə görə, əgər sistem nəyinsə qaydasında olmadığından şübhələnsə, istifadəçidən öz şəxsiyyətini təsdiqləmək üçün selfi çəkib göndərməsini xahiş edəcək. Beləliklə, həmin səhifədən istifadə edən şəxsin həqiqi və ya saxta olduğu müəyyənləşdiriləcək. Selfini aldıqdan sonra “Facebook” səhifəni müvəqqəti donduracaq və yeni fotonun profil fotosu ilə müqayisəsini aparacaq.       

 

Yeni funksiya istifadəçilərin səhifələrinin oğurlanması hallarının qarşısını almaq üçün yaradılır.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017