Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell" developerlər üçün master-klass təşkil edib -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “AppLab” proqramının iştirakçısı olan developerlər üçün daha bir təlim  təşkil edib.

 

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, “Pitçinq” üzrə master-klassda (Qısa təqdimat üzrə təlim)  iştirakçılara qısa təqdimatların üç əsas üsulu olan “the high-concept pitch” (startap ideyasının bir qısa cümlə ilə ifadə etmək bacarığı), “the elevator pitch” (“lift təqdimatı” üsulu) və “the pitch deck” (“Power Point” və s. alətlər vasitəsilə qısa təqdimat) barədə ətraflı məlumat verilib.

 

“The high-concept pitch” adlanan ilk üsul startapın ideyasını bir cümlə vasitəsilə ifadə etməkdən ibarətdir. Bu üsul sayəsində şirkət barədə məlumat dostlar, müştərilər və investorlar tərəfindən daha asan şəkildə yayıla bilər. Applab iştirakçılarının təlim zamanı öyrəndikləri digər təqdimat üsulu “the elevator pitch” (“lift təqdimatı” üsulu) adlanır. Bu üsulun  əsas mahiyyəti məhsul və  komanda  barədə məlumatın müvafiq auditoriyaya 30 saniyə ərzində çatdırılmasından ibarətdir. Bu kimi təqdimat növündən liftdə və yaxud növbədə dayanarkən istifadə oluna bilər. Digər təqdimat üsulu isə “the pitch deck” adlanır ki, bu da biznes-plana bənzər bir təqdimat növüdür. Bu təqdimat əsas məqsəd, xülasə, komanda barədə məlumat, əsas problemlər və onların həlli yolları və s. kimi  hissələrdən ibarətdir.

 

“Pitçinq” üzrə master-klass sayəsində mən təqdimat etmə sənətinin incəliklərini daha yaxşı başa düşürəm. Uğurlu təqdimat etmək üçün sadəcə gözəl danışıq qabiliyyətinə malik olmaq kifayət deyil”, - deyə “CineMania.az” layihəsinin təsisçisi Cavid Axundov bildirib.

 

“Applab” proqramıının iştirakçısı olan “Buket.al” startap layihəsinin sosial media üzrə mütəxəssisi Vəfa Məmmədzadə isə “Təlim zamanı mən bir neçə yeni termin ilə tanış olaraq satış sahəsində yeni yanaşmalar və qısa təqdimat üsulları barədə ətraflı məlumat almışam. Təlimin ən maraqlı hissələrdən biri isə təlimçilərin bu mövzu ilə bağlı real həyatdan götürülmüş misalları və şəxsi təcrübələri oldu”, - deyə bildirib.

 

Qarşıdakı aylar ərzində "Bakcell" şirkəti developerlər üçün blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda treninqlər də təşkil edəcəkdir.

 

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur. 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017