Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tramp Tereza Mey əvəzinə onun adaşına müraciət etdi

ABŞ prezidenti Donald Tramp “Twitter”də Böyük Britaniyanın baş naziri Tereza Meyi tənqid etmək istəyərkən yanlışlığa yol verib.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, D. Tramp səhvən baş nazirə deyil, onun adaşına müraciət edib.  

 

“Twitter”də birbaşa hansısa istifadəçiyə müraciət etmək üçün onun səhifəsinin adının önünə @ işarəsi əlavə etmək lazımdır. Tramp isə yanlışlıqla Tereza Mey Skrayvner adlı istifadəçinin @theresamay səhifəsinə müraciət edib. Bu xanımın cəmi 6 izləyicisi var.

 

Bir qədər sonra Tramp səhvini düzəldib və baş nazirin @Theresa_May səhifəsinə ünvanlanmış tənqid yazıb: “@Theresa_May, diqqətini mənim üzərimdə cəmləşdirməkdənsə, Böyük Britaniyadakı radikal islamçı terrorizmlə məşğul ol. Bizdə hər şey qaydasındadır”.

 

Xatırladaq ki, noyabrın 29-da D. Tramp “Twitter”də Britaniyadakı ultramillətçi hərəkatın liderinin müavininə adi antimüsəlman xarakterli video paylaşıb. Videoda “müsəlman miqrant” qoltuq dəyənəkləri ilə hərəkət edən hollandiyalıya hücum çəkir, “islamçı kütlə” isə bir uşağı damdan aşağı atır.

 

D. Trampın bu paylaşımından sonra T. Meyin mətbuat katibi bildirib ki, bu, prezidentə yaraşmayan hərəkətdir.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017