Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“İnstagram”ın ən populyar şəhərləri - TOP-10

Analitiklər “İnstagram” sosial şəbəkəsində daha çox populyar olan şəhər və meqapolislərin siyahısını tərtib ediblər. 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, bunun üçün onlar istifadəçilərin daha çox şəkil çəkdirdikləri yerlərin geoqeydiyyatlarından istifadə ediblər. 

Məlumatda qeyd edilir ki, reytinqin ilk sırasında Nyu-York yerləşir. İkinci mövqedə Böyük Britaniyanın paytaxtı London qərarlaşıb. Liderlərin ilk üçlüyünü Moskva qapayır. 

“İnstagram”ın TOP-10-na Rusiyanın şimal paytaxtı Sankt-Peterburq da daxil edilib. Adıçəkilən şəhərlərdən başqa, bu siyahıda Braziliyanın San-Paolo, Fransa paytaxtı Paris, İspaniyanın Barselona, Türkiyənin İstanbul və İndoneziyanın ən iri şəhəri olan Cakartanın adları da yer alıb. Reytinq tərtib edilərkən mütəxəssislər tərəfindən 2 milyondan artıq şəkil təhlil edilib. 

Bundan başqa, “İnstagram”ın analitikləri həmçinin ən populyar yerlərin reytinqini də tərtib ediblər. Daha çox ziyarət olunan yerlər arasında ABŞ-dakı “Disneyland” əyləncə parkı və Nyu-York parkları da yer alıb.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017