Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“VKontakte” şokda: 1 milyondan çox  istifadəçinin məlumatları oğurlanıb

“Kasperski Laboratoriyası” “VKontakte” sosial şəbəkəsi istifadəçilərinin məlumatlarını oğurlayan 85 ədəd zərərli əlavə aşkar edib. 

İKT.lent.az-ın məlumatına görə, bu barədə “Kasperski Laboratoriyası”nın yaydığı məlumatda deyilir.

 

Mütəxəssislərin fikrincə, 1 milyondan çox istifadəçi fırıldaqçıların qurbanı ola bilər. İstifadəçilər bu əlavələri “Google Play” onlayn mağazasından yükləyiblər. Bu əlavələr “VKontakte”nin müxtəlif əlavələri altında gizləniblər. Məsələn, onlardan biri musiqi yükləmək üçün əlavə ola bilərdi. Onlarda qeydiyyat keçmək üçün istifadəçilərdən login və şifrə soruşulurdu.

Oğurlanan məlumatlar layklar toplamaq və qruplardakı istifadəçiləri artırmaq üçün istifadə oluna bilərdi. Ümumilikdə bu əlavələr 1 milyon dəfə yüklənib. 

Xatırladaq ki, bu günlərdə “VKontakte” sosial şəbəkəsində artıq göndərilən məlumatları redaktə etmək imkanı yaradılıb. Qrup çatlarının yaradıcıları isə onlara daxil olmaq üçün keçidlər yarada biləcəklər. 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017