Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Noutbuk bazarı 5 il ard-arda azalacaq - ANALİTİKLƏR

“DigiTimes” resursu iddia edir ki, növbəti beş il ərzində noutbuk tədarükü azalmaqda davam edəcək.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, orta illik azalma tempi 3,2 faiz təşkil edəcək. Nəticədə 2022-ci ildə noutbuk satışları 140 milyon ədəd təşkil edəcək. 

Buna səbəb kimi virtual və əlavə reallıq avadanlıqlarının populyarlığının artması, süni intellekt sistemlərinin və əyilən displeylərin inkişafı göstərilir. Maraqlıdır ki, bu ilin nəticələrinə əsasən, noutbuk satışlarında 4,6 faiz artım olacağı gözlənilir ki, bu da sayca 150 milyon ədədə çatacaq. Növbəti 5 il ərzində isə satışların düşməsi qeydə alınacaq.  

Təbii ki, düşmə bütün seqmentlərə aid olacaq. Məsələn, oyun noutbukları öz mövqelərini artırır. Bundan başqa, biznes noutbuklarının satışlarının artacağı bildirilir. Gözlənilir ki, HP şirkəti bazarın lideri olaraq qalacaq. Həmçinin “Apple” şirkətinin tələbatın stimullaşdırılması üçün öz noutbuklarının qiymətlərini aşağı salacağı ilə bağlı mənbənin təxminləri də olduqca maraqlı görünür. Bu isə bu istehsalçı nəhəngə heç də xas olan bir şey deyil.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017