Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Rusiya botları” “İlin adamı” siyahısında

“Rusiya botları” 2017-ci ildə xüsusi diqqətə layiq personaların siyahısına daxil edilib.

 

İKT.lent.az-ın xəbərinə görə, “Bloomberg” agentliyi siyasətçilər, iş adamları, mədəniyyət xadimləri və digər sahələrin nümayəndələrindən ibarət 50 nəfərlik siyahı hazırlayıb.

 

“Rusiya botları” siyahıda 50-ci sırada göstərilib. Onların siyahıya salınmasının səbəblərini izah edən “Bloomberg” təmsilçisi Dyun Lourens bildirib ki, “Facebook”da Rusiyaya bağlı səhifələrin 126 milyon nəfərlik auditoriya toplaması sosial şəbəkələr vasitəsilə aparılan informasiya müharibəsinin dərinliyini göstərir. “Rusiya botları” “Twitter”də də aktiv olub.

 

Siyahıya “Ethereum” blokçeyn platformasının yaradıcısı, 23 yaşlı Vitalik Buterin də daxil edilib. V. Buterin 1994-cü ildə Rusiyada doğulub, 2000-ci ildə Kanadaya köçüb. 2013-cü ildə o, “Ethereum” kriptovalyutasını yaradıb. Hazırda bu, bitkoindən sonra ikinci böyük kriptovalyutadır və bazar dəyəri 45 milyard dollar təşkil edir.  

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017