Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Daşınar elektron cihazların satışı 7,3 faiz artıb

İDC şirkətinin analitikləri 2017-ci ilin üçüncü rübünün daşınar elektron cihazları bazarının nəticələrini açıqlayıb.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, dərc olunan hesabata əsasən, daşınar elektron cihazların tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıb. Natural nisbətdə bu rəqəm 26,3 milyon ədəd cihaz təşkil edib.  

“Xiaomi” və “Fitbit” şirkətləri rüb ərzində 3,6 milyon ədəd cihaz tədarük ediblər ki, bu da bazarın 13,7 faizini təşkil edir. Onların göstəriciləri yaxın olsa da, İDC şirkəti bazarın liderinin adını açıqlamaqdan çəkinib. 

Qeyd edək ki, adıçəkilən hər iki şirkət ötən illə müqayisədə tədarükünü azaldıb. Belə ki, “Xiaomi” 3,3 faiz, “Fitbit” isə 33 faiz azaldıb. Onların ardınca isə “Apple” şirkəti gəlir. “Apple” bir il ərzində tədarükünü 52,4 faiz artırıb. Bunun nəticəsində onun bazar payı 7,3 faizdən 10,3 faizə qədər artıb. 
 
İlk beşliyə həmçinin 6 faiz bazar payı ilə “Huawei” və 4,9 faiz bazar payı ilə “Garmin” şirkətləri də daxildir.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017