Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Britaniyada "Kasperski" qadağan olundu

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi ölkənin milli təhlükəsizliyinə cavabdeh qurumlara "Kasperski Laboratoriyası"nın antivirus proqramlarından istifadə etməyi qadağan edib.

 

İKT.lent.az-ın RBC-ya istinadən xəbərinə görə, digər nazirliklər üçün bu qərar tövsiyə xarakteri daşıyır.

 

Buna səbəb Rusiyanın Qərb ölkələrində artan casusluq cəhdləri fonunda yaranan təhlükədir. "Əgər söhbət milli təhlükəsizlik məsələləri ilə bağlıdırsa, Rusiya istehsalı olan antivirus proqramlarından istifadə etməyin!" - deyə Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidməti rəhbərliyinin imzaladığı məktubda bildirilir.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018