Bu bölmə Bakcell tərəfindən təqdim olunur

iOS yenilənməsi “iPhone X”dəki “Face İD”-ni sıradan çıxardı

iOS əməliyyat sistemindəki yenilənmə “iPhone X” smartfonundakı “Face İD”-ni sıradan çıxarıb.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, dekabrın 3-də yaranmış problem 11,2 versiyalı əməliyyat sistemləri üçün xarakterikdir.

“Apple” mütəxəssisləri isə istifadəçilər təlaşlanmamağa çağırır. Nasazlıq bütün cihazlara aid olub və cihazın yenidən zavod istehsalına fırlamaqla həllini tapır. 

“Yubiley” cihazı artıq neçənci dəfədir ki, istifadəçiləri məyus edir. Bu günlərdə cihaz öz-özünə sönüb yenidən işə salınmağa başlayıb. Ona görə “Apple” şirkəti təcili olaraq tam işlənilməmiş yenilənməni buraxmalı olub. iOS 11.2-də köhnə nasazlıqlar aradan qaldırılıb və “iPhone 8”, həmçinin “iPhone X” istifadəçilərinə naqilsiz enerji doldurulması funksiyasından istifadə edilməsi imkanı verilib.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018