Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nokia 9” və “Nokia 8” yanvarın 19-da təqdim ediləcək

“HDM Global” şirkətinin “Nokia” brendi altında smartfon istehsal etmək hüququnu əldə etməsindən bir il ötür. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “HDM Global” şirkəti bu hadisəni gələn ilin yanvarında “Nokia 9” flaqman smartfonunun buraxılması ilə qeyd edəcək. “Nokia 9” ilə bərabər “Nokia 8” smartfonunun ikinci nəslinin də təqdimatı gözlənilir. 

Xatırladaq ki, “Nokia 8” smartfonu bu ilin avqust ayında təqdim edilib. O, flaqman xüsusiyyətlərinə malikdir, ancaq onun köhnəlmiş dizaynı mövcuddur. Bu səbəbdən də “iPhone X”, “Samsung Galaxy S8”, LG V30 və digər tam ekranlı yeniliklərdən smartfonlarından geri qalır. 

Son məlumatlara əsasən, “Nokia 9” və “Nokia 8” (2018) smartfonlarının təqdimatına həsr edilmiş anons yanvarın 19-a planlaşdırılıb. Mümkündür ki, yeni “Nokia 8” əvvəlkindən “OnePlus 5”in “OnePlus 5T”dəki kimi, ancaq displeyi ilə fərqlənəcək.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018