Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən tez dolan smartfonlar - REYTİNG

Ən tez şarj olunan smartfonların reytinq cədvəli tərtib olunub.

 

İKT.lent.az-ın xəbərinə görə, hazırda bazarda ən populyar smartfonlardan olan “iPhone X” bu sahədə heç də ilk sıralarda deyil. Belə ki, “Apple”ın məhsulu Çinin “OnePlus 5T” və Cənubi Koreyanın “LG V30” smartfonlarına uduzur.

 

“OnePlus 5T” ən sürətli şarj olunan smartfondur və reytinqdə birincidir. Bu cihaz 30 dəqiqəyə 59% dolur, 1 saata isə 100%-ə yaxın (93%) nəticə əldə edilir.

 

İkinci yeri “LG - V30” tutur. Bu smartfon yarım saata 53%, 1 saata isə 86% həcmində dolur. “iPhone X”da isə bu göstəricilər 50% və 81%-dir.

 

Sonrakı yerlərdə "iPhone 8", "İphone 8 Plus", "Google Pixel 2", "Samsung Galaxy Note 8" gəlir.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018