Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bakıda əhaliyə 1,3 milyon manatlıq rabitə xidmətləri göstərilib

Bu ilin yanvar-oktyabr aylarında Bakıda informasiya və rabitə müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə 1 milyon 351 min 279,1 manatlıq xidmət göstərilib.

İKT.lent.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, keçən ilin müvafiq dövrünə nisbətən 4,3 faiz çoxdur. 

Bu ilin yanvar-sentyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olub ki, keçən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz azdır. 

Orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 1 105,4 manat təşkil edib.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017