Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin tərtibatçıları “App Store”dan 17 milyard dollar qazanıb

“Apple” korporasiyasının baş direktoru Tim Kuk bildirib ki, Çində 1,8 milyon nəfər mobil əlavə tərtibatçısı “App Srore” platformasından istifadə edir. 
 
İKT.lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, T.Kuk Vuçjen şəhərində keçirilən İnternet təhlükəsizliyi üzrə Ümumdünya konfransında çıxışı zamanı bildirib ki, öz tərtibatlarından onlar 16,93 milyard dollar pul qazanıblar. 
 
Tim Kukun sözlərinə görə, çinli tərtibatçıların əlavələri “App Store”un qlobal satışlarının dörddə birini təşkil edib. 
 
Çin “Apple” şirkəti üçün satışların həcminə görə üçüncü bazar hesab edilir. 2017-ci ilin üçüncü rübündə bu bazarın həcmi 2016-cı ilin analoji ilə müqayisədə 40 faiz artıb. Şirkətdə gələcək artımı gözləyirlər ki, bu da “iPhone 8” və “iPhone X” satışlarına olan tələbat sayəsində baş tutacaq.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017