Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” uşaqlar üçün messencer yaratdı

“Facebook” şirkəti 6 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulmuş messencerini işə salır. 

İKT.lent.az-ın “Associated Press” agentliyinə istinadən məlumatına görə, yeni əlavənin fərqli cəhəti o olacaq ki, uşaqların dostları ilə əlaqələrinə valideynləri nəzarət edə biləcəklər. 

Messencerin əsas auditoriyası 13 yaşına çatmamış uşaqlar olacaqlar. Belə ki, ABŞ Federal qanununa əsasən, 13 yaşına çatmayan istifadəçilərin “Facebook”da akkaunta sahib olması qadağan edilib. 

Agentliyin məlumatına görə, valideynlər nəinki övladlarının ünsiyyət dairəsinə nəzarət edə, həmçinin onların yazışmalarını izləyə biləcəklər. Çünki bu yazışmaları ancaq onlar silə biləcəklər. 
 
Bundan öncə isə məlum olub ki, “Facebook” Rusiyada “Marketplace” xidmətini işə salacaq. Bu xidmət rusiyalılara sosial şəbəkədən alış-veriş etmək imkanı verəcək.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017