Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu da futbol üzrə Dünya Çempionatının rəsmi smartfonu...

“Vivo” şirkəti gələn ilin yayında Rusiyada keçiriləcək futbol üzrə 2018-ci ilin Dünya Çempionatının rəsmi smartfonunu təqdim edib.  

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, smartfonun Rusiyada təqdimatı hələ baş tutmayıb. Ancaq şəbəkədən artıq məlumdur ki, çempionatın bütün iştirakçılarına arxa panelində çempionatın loqotipi olan “Vivo X20” smartfonları paylayacaqlar. Smartfonun bu modeli “X20 FIFA World Cup” adını alıb. 

“Vivo X20” smartfonu orta sinfə aid cihazdır. Onun 6 düymlük çərçivəsiz ekranı mövcuddur. Smartfon 4 GB əməliyyat və 64 GB əlavə yaddaşa malikdir. Cihaz “Snapdragon 660” çipseti ilə çalışır və ikili arxa kamera ilə təchiz edilib.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017