Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Face ID” yaponların və çinlilərin sifətlərini tanımır - "İPHONE X"DA DAHA BİR PROBLEM

Dünyada heç bir texnologiya tam təkmil hesab edilə bilməz. 


İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, “Face İD” sifət tanıma sistemi Yaponiya və Çin sakinlərini identifikasiya edə və ya tanıya bilmir.


“Face ID” sistemi o şərtlə işləyir ki, istifadəçinin gözləri geniş açıq olsun. Genetik xüsusiyyətlərinə görə bir çox Asiya ölkələrinin millətlərinin gözləri uzunsovdur. “iPhone X” çıxana qədər yaponiyalılar və çinlilər bu səbəbdən heç bir problem hiss etmirdilər. İndi isə onlar öz smartfonlarını blokdan çıxara bilməyəcəklər. “TrueDepth” sadəcə onların gözlərini açıq kimi tanımır.

 

“Apple” bildirib ki, bu sistemi çoxmillətli qruplarda uğurla sınaqdan keçirib. Hələlik bu problemi aradan qaldırmaq mümkün deyil. Mümkündür ki, bu problem iOS-un yenilənməsi ilə həllini tapacaq.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018