Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Süni intellektin məharəti: qışı yaya, gündüzü gecəyə çevirdi...

“Nvidia” şirkəti süni intellekt elementlərindən istifadə edərək foto və videoları ciddi şəkildə dəyişdirə bilən alqoritm hazırlayıb.

 

İKT.lent.az-ın “ArXiv.org” saytına istinadən verdiyi məlumata görə, alqoritmin işini göstərmək üçün müəlliflər avtomobil videoregistratoru ilə çəkilmiş bir neçə rolik nümayiş etdiriblər. Videoların biri qışda çəkilib, alqoritm uğurla qışı yaya çevirib. Digər videoda isə gündüz gecəyə çevrilir.  

 

Daha bir sınaq ev və vəhşi heyvanların fotoları üzərində aparılıb. Proqram pişikləri geparda, şiri pələngə, pumanı leoparda çevirib.

 

 

 

 

 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017