Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook  Messenger”də nasazlıq yaranıb

İstifadəçilər “Facebook” messencerinin fəaliyyətində baş verən nasazlıqlardan şikayət edirlər.

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, istifadəçilər iki gün məlumat göndərə və ala bilməyiblər. Bəzilərinin hətta, ümumiyyətlə, sosial şəbəkəyə daxil olmaq imkanı olmayıb.

Onların sözlərinə görə, “Facebook Messenger”in fəaliyyətində nasazlıqlar dekabrın 5-də başlayıb. Əsasən Avropa, Asiya və ABŞ-dan olan istifadəçilər şikayətləniblər. Problem Rusiya və Ukraynadan da yan keçməyib. Bu ölkələrdə messencerin fəaliyyətindən nisbətən az narazılıqlar var. Daha çox bu problem Filippin sakinlərinə aid olub. Yaponiya, Polşa və ABŞ-dan da xeyli şikayətlər olub.
 
“Facebook”da mütəmadi olaraq nasazlıqlar yaranır ki, istifadəçilər də buna çox kritik yanaşırlar. İstifadəçilər dostları ilə messencerin köməyi ilə ünsiyyət qurmağa adət ediblər. Bunun üçün də istənilən nasazlıq onları özlərindən çıxarır. “Facebook” rəsmiləri tərəfindən yaranmış nasazlığın səbəbləri ilə bağlı rəsmi bir bəyanat verilməyib.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017