Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Qualcomm” yeni prosessorunu təqdim etdi

“Qualcomm” şirkəti mobil cihazlar üçün nəzərdə tutulan güclü “Snapdragon 845” prosessorunu (çip) rəsmən təqdim edib.

 

İKT.lent.az-ın “TechCrunch” saytına istinadən verdiyi məlumata görə, bu prosessor hazırda istifadə olunan “Snapdragon 835”i əvəzləyəcək.

 

Yeni çip 2018-ci ildə buraxılacaq smartfonlarda istifadə olunacaq. “Samsung”, “Xiaomi”, LG və “Google”un smartfonlarının ilk sırada olacağı gözlənilir.

 

İstehsalçı “Snapdragon 845” barədə daha ətraflı məlumatı yaxın vaxtlarda keçiriləcək konfransda səsləndirəcək.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018