Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Microsoft" təhlükəsizlik həlləri barədə "AzInTelecom"a məlumat verəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC "Microsoft Azərbaycan" şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.


İKT.lent.az xəbər verir ki, sənədə "AzinTelekom" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədova və "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov imza atıblar.


Tərəflər arasında əldə olunan razılığa əsasən "Azintelecom"un Data Mərkəzi və onun texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin tətbiqinə dair gələcək əməkdaşlıq üçün müzakirələrə başlanacaq.


Şirkətlərin ümumi məramını həyata keçirtmək üçün nəzərdə tutulan potensial əməkdaşlıq istiqamətləri "Microsoft"un ən son data mərkəz texnologiyaları və xidmətləri üzrə dünya miqyasındakı təcrübəsi haqda müvafiq məlumatların, müasirləşdirmə və İT infrastrukturun qiymətləndirilməsi üçün informasiya təminatı, eləcə də hökumət və kommersiya qurumları üçün mövcud olan "Microsoft" lisenziyalaşdırma proqramları və təhlükəsizlik həlləri barədə "AzInTelecom"a məlumat verməkdən ibarətdir.


Potensial əməkdaşlıq çərçivəsində "AzInTelecom"da rəqəmsal texnologiyalardan istifadənin gələcəkdə daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.

LENT

20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018