Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycan "Ağıllı şəhər", "Əşyaların interneti" üzrə xarici tərəfdaş tapdı

Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

İKT.lent.az-ın xəbərinə görə, İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə "Ağıllı şəhər", "Əşyaların interneti" kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

 

Qeyd edək ki, 50 illik təcrübəyə sahib “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir.  Şirkət bir sıra Avropa ölkələrinə  öz elektron həllərini təklif edir. 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017