Bu bölmə Bakcell tərəfindən təqdim olunur

60 milyon dollarlıq bitkoin oğurluğu - BİRJA ŞOKDA!

Hakerlər “NiceHash” kriptobirjasına hücum edərək 60 milyon dollardan çox dəyəri olan bitkoinlər oğurlayıb.

 

İKT.lent.az-ın “TechCrunch” saytına istinadən verdiyi xəbərə görə, istifadəçilər təxminən 5 min bitkoinin itməsindən şikayətlənib. Bu bitkoinlərin ümumi dəyəri 70 milyon dollara çata bilər.

 

“NiceHash” rəhbərliyi oğurlanan kriptovalyutanın miqdarını dəqiqləşdirməyə çalışır. “Bu situasiya bizi çox narahat edir. Biz müvafiq orqanlara müraciət etmişik və özümüz də araşdırma aparırıq”, - deyə şirkətdən bildirilib.  

 

Artıq bitkoin kriptovalyutasının bazar dəyəri 246 milyard dolları ötüb. O, “Verizon Communications” (207 milyard $) və “Pfizer”in (212 milyard $) dəyərini geridə qoyub. Bitkoinin məzənnəsi son günlər rekord vurur. Bu gün, dekabrın 7-də bitkoin 14 min 250 dollardan baha ticarət olunur.  

 

Qeyd edək ki, kriptovalyuta birjasının ilk “sındırılması” faktı 2011-ci ildə baş verib. “Mt.Gox” birjası bitkoin və milli valyutalar arasında əməliyyatlar keçirirmiş. Bu hadisə “Mt.Gox”un iflası ilə nəticələnib. Məhkəməyə müraciət edən şirkət haker hücumu zamanı 500 milyon dollarlıq bitkoin itirdiyini bildirib.  

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017