Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Oracle” sanksiya altındakı Rusiya bankları ilə işin şərtlərini dəyişdi

ABŞ-ın proqram təminatı işləyib hazırlayan “Oracle” şirkəti sanksiya siyahısında adları olan Rusiya banklarını əməkdaşlıq şərtlərinin dəyişdiyi barədə xəbərdar edib.

 

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, ABŞ-ın məşhur İT korporasiyası Rusiya banklarına bu barədə məktub göndərib. Məktubda deyilir ki, bu il noyabrın 28-dən etibarən bu banklar və onlarla əlaqəli qurumlar amerikalı tədarükçülərin mal və xidmətlərinin əvəzində ödənişləri əvvəl olduğu kimi, 30 gün ərzində deyil, 14 gün ərzində həyata keçirməlidir. Yeni qaydalar “Sberbank”, “Korus Konsaltinq” (“Sberbank”ın törəmə şirkəti), VTB, “Bank Moskvı” (VTB qrupu), “Qazprombank”, VEB banklarının birbaşa və tərəfdaşlar vasitəsilə tranzaksiyalarına aiddir.       

 

“Oracle” məktubunda ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə idarəsinin (OFAC) qərarına istinad edir. Bu ilin yayında idarə sektoral sanksiyalara dəyişiklik edib və ABŞ-ın sanksiyasına məruz qalmış bankların maliyyələşmə müddətini 14 günə salıb. Bundan başqa, sanksiya altındakı enerji şirkətlərinin kreditləşməsi müddəti də 60 günə endirilib.  

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017