Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” 2017-ci ilin ən yaxşı oyun və əlavələrini açıqladı

“Apple” şirkəti “App Store” onlayn mağazasında ən populyar oyun və əlavələri müəyyən etməklə geridə qoymaqda olduğumuz 2017-ci ilin nəticələrini elan edib.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “iPhone” istifadəçiləri arasında ən yaxşı əlavə yuxu və meditasiya üçün olan “Calm” əlavəsi olub. “Apple” smartfonlarının istifadəçiləri arasında ən populyar oyun isə “Splitter Critters” sayılıb.

Planşetlərə gəldikdə isə, burada ən populyar əlavə “Affinity Photo”, ən yaxşı oyun isə “The Witness” düşündürücü oyunu olub.

Ən çox yüklənən əlavələr arasında “Bitmoji”, “Snapchat”, “YouTube”, “Messenger”, “Instagram” və “Facebook” da var. Ən çox yüklənən oyunlar arasında isə “Super Mario Run”, “8 Ball Pool”, “Snake VS Block”, “Ballz, Word Cookies” və “Subway Surfers” mövcuddur. 

Bu ilin trendləri isə əlavə reallıq, onlayn mobil oyunlar, həmçinin valideynlərə yardım etmək üçün nəzərdə tutulmuş əlavələr olub.  

Musiqi seqmentində ən yaxşı albomlar “Drake”in “More Life”, ən yaxşı mahnı isə Ed Şiranın (Ed Sheeran) “Shape of You” musiqisi müəyyən edilib.

Siyahıda ən yaxşı filmlər “Moana” və “Rogue One: A Star Wars Story”, ən yaxşı serial isə “Game of Thrones” qəbul edilib.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018