Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən yaxşı kamerası olan smartfonlar - REYTİNQ

“Google Pixel 2” 2017-ci ilin ən yaxşı kameraya malik smartfonların siyahısının ilk beşliyinə başçılıq edib. 


İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, çoxsaylı sınaqların təhlilindən qurulmuş reytinqi “DxOMark” şirkətinin analitikləri təqdim ediblər. 

İstehsalçılar anlayır ki, istifadəçilər smartfon seçərkən əsas üstünlüyü təkcə dizayna deyil, kameranın özəlliklərinə də verirlər. Şəkil çəkmək üçün cihaz olmadıqda, “ağıllı” telefon sadəcə lazımsız oyuncağa çevriləcək. Bunun üçün də mütəxəssislər hansı texnologiyanın daha yaxşı nəticə əldə etdiyi ilə maraqlanıblar. 

70 cihazdan ibarət siyahına lider 98 xal toplayan “Google Pixel 2” olub. Ondan cəmi 1 xal geridə qalmaqla ikinci yeri tutan “Apple” şirkətinin “iPhone X” smartfonu olub. Liderlərin ilk üçlüyünü 97 xalla “Huawei Mate 10 Pro” smartfonu qapayır. 

Sonuncu iki mövqeni isə 94 xalla “iPhone 8 Plus” və “Samsung Galaxy Note 8” smartfonları bölüşdürür. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018