Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”in “BakuTel” stendində bir gün - REPORTAJ -

Bakıda keçirilən XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı ("BakuTel 2017") başa çatıb.

 

İKT.lent.az-ın xəbərinə görə, 4 gün ərzində - dekabrın 5-dən 8-nə kimi davam edən sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgiyə gələnlərin sayı, ziyarətçilərin sərgidə öz yenilikləri və məhsullarını nümayiş etdirən müxtəlif yerli və xarici İKT şirkətlərinə, mobil operatorlarına olan marağı bunu deməyə tam əsas verir.

 

Sərgi ziyarətçilərinin diqqətini çəkən stendlərdən biri və demək olar ki, əsası “Bakcell” şirkətinin bu sərgidə nümayiş etdirdiyi stend olub.

 

“Bakcell”dən Azərbaycanda bir ilk

 

Diqqətimizi çəkən əsas məqamlardan biri "Bakcell"in “BakuTel-2017” sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığını nümayiş etdirməsi olub. Açığını deyim ki, mən şəxsən 4.5G şəbəkəsi haqqında televizorda Türkiyə mobil operatorlarının reklamından eşitmişəm. Bilirəm ki, qardaş ölkədə artıq bu şəbəkədən istifadə edənlər var. 5G haqqında isə dünya mətbuatından oxumuşam və bilirəm ki, bu sistem 2020-ci ildən bütün dünyada tətbiq edilməyə başlanacaq. Bütün dünyanı nə zaman əhatə edəcəyi isə hələlik sual altındadır. Bu şəbəkənin Azərbaycana 2020-ci ildən sonra gələcəyinə də inanmırdım. Amma...

 

"Bakcell" şirkəti həmişəki kimi, bu il də ən qabaqcıl və müasir texnoloji nailiyyətləri nümayiş etdirməklə sərgiyə gələn ziyarətçiləri heyrətləndirib və onlara unudulmaz təəssüratlar bağışlayıb. Bunlardan biri "Bakcell"in stendində “Nokia” şirkəti ilə birgə quraşdırılmış “5G-yə doğru” adlı guşədə ziyarətçilər ən yeni 4.5G Pro texnologiyasını öz gözləri ilə görə bilməsi, hətta ilkin LTE texnologiyasından 10 dəfə daha yüksək olan sürəti müşahidə edə bilməsi olub. "Bakcell" və "Nokia" şirkətlərinin birgə təqdim etdiyi bu nümayişdə 1 Gb/saniyəyədək fantastik sürət sərgilənib. Beləliklə, “BakuTel 2017” sərgisində "Bakcell" stendinin ziyarətçiləri Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanına malik olublar.

 

5G-yə hazırlığın nümayişində gələcəkdə bütün proseslərin avtomatlaşdırılması ilə yanaşı, sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılıb. Qonaqlar 1 Gb/saniyəyədək inanılmaz internet sürətini müşahidə edə və robot şousuna baxıb əylənə biliblər.

 

4G ilə 5G texnologiyası arasındakı fərq 

 

"BakuTel 2017" sərgisində "Bakcell" stendinin ziyarətçiləri üçün "Robot Automation Latency" (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi olub. "Bakcell" stendində yerləşdirilmiş robotlar vasitəsilə 4G və 5G texnologiyası arasındakı fərqi müşahidə etmək mümkün idi. Bununla, sərgi ziyarətçiləri iki texnologiya arasında məlumatın ötürmə tezliyini müşahidə edə bilirdilər. 

 

“Nokia” şirkətinin meneceri Samir Quliyev 4.5G Pro şəbəkəsinin real sürətini nümayiş etdirib. İnanılmaz olsa da, həmin an bu gün üçün internetin sürəti real görünməyən saniyədə 856 meqabit göstərib.

 

S.Quliyev deyib ki, 5G-də gecikmə olmayacaq: “Bu, gələcəkdə İoT (Əşyaların interneti) texnologiya, yəni maşınların və avadanlıqların robotlaşdırılması və internet üzərindən idarə olunmasına keçiriləcək. Bu isə avtomobillərdə qəzaların olmamasına səbəb olacaq. Çünki gecikmələr olmayacaq və informasiya mübadiləsi o qədər güclü olacaq ki, sürücünün qarşına çıxa biləcək maneəni sürətlə qərar verməyə imkan verəcək”.

 

"Bakcell"in PR və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib ki, bu il şirkət Bakı və Abşeron yarımadasının ardınca Gəncə şəhərində 4G LTE texnologiyasını istifadəyə verib: "Qarşıda 4G-ni ölkənin digər böyük şəhərlərinə doğru genişləndirmək planlarımız var. Bununla yanaşı, mobil rabitə sahəsindəki ən son texnologiyaları Bakcell şəbəkəsində sınaqdan keçiririk. 5G-yə hazırlıq stendi "BakuTel" sərgisində və Azərbaycanda ilk dəfə nümayiş olunurdu. Stendimizin ziyarətçiləri 4G və 5G texnologiyalarından istifadə etməklə məlumatların ötürülməsi tezliyini robotlaşdırılmış proses vasitəsilə müşahidə edə bildilər. Bu, yeni bir təcrübə idi və inanıram ki, "BakuTel" sərgisinin ziyarətçiləri üçün ən maraqlı nümayişlərdən biri oldu".

 

ARzoom, MoodMusic və Cinemania...

 

“Bakutel” sərgisində "Bakcell" Azərbaycanın istedadlı gənc proqram tərtibatçıları tərəfindən yaradılmış layihələrini də nümayiş etdirib.

 

“BakuTel-2017” sərgi stendində açılmış AppLab guşəsində "Bakcell" şirkətinin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıları tərəfindən layihələşdirilərək ərsəyə gətirilmiş mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənib. 2017-ci ildə AppLab mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

 

“Bakcell”in stendini ziyarət edən ziyarətçilər Azərbaycan developerlərinin yaratdığı ən son innovasiyalarla tanış olmaq imkanına malik olublar. Bunlardan birincisi ARzoomdur. Belə ki, ARzoom – “tamamlanmış reallıq” (augmented reality) texnologiyasının əsasında layihələşdirilmiş yeni nəsil marketinq və reklam alətidir. Həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə oluna bilən bu çoxfunksiyalı platforma öz sadəliyi və geniş imkanları ilə istifadəçilərin karına gələ bilər. Bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu platformanı istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən bir tərzdə təqdim edə biləcək.

 

İkinci AppLab - MoodMusic-dir. MoodMusic – diqqəti sırf istifadəçinin əhval-ruhiyyəsinə və şəxsi zövqünə uyğun olan musiqinin paylaşılması, təqib edilməsi və dinlənilməsi üzərində cəmləşdirən yeni bir sosial şəbəkə növüdür. Bu tətbiq istifadəçilərə musiqinin vasitəsilə öz hislərini və əhval-ruhiyyələrini paylaşmalarına kömək edəcək.

 

Cinemania.az AppLab-ı isə “Bakcell”in “Bakutel” sərgisində nümayiş etdirdiyi üçüncü Applabdır. Cinemania.az - onlayn kinofilmlər üçün nəzərdə tutulmuş elektron platformadır. Bu, bütün Azərbaycan filmlərinin bir yerdə saxlandığı ilk platformadır. İstifadəçilər bu platformanın vasitəsilə asanlıqla Azərbaycan filmlərinə rus və ya Azərbaycan dillərində subtitrlərlə pulsuz baxa bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə sevdikləri filmləri yaddaşda saxlaya, dostları ilə paylaşa və hətta öz şərhlərini qoya bilərlər.

 

Qeyd edək ki, "Bakcell" bu yaxınlarda Applab proqramının növbəti məzunlarını elan edəcək. Şirkətin PR və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib ki, son dəfə proqramda iştirak edən 7 startap layihəsindən 3-ü tam hazır vəziyyətdə "BakuTel" sərgisində nümayiş olunub: "Bu applikasiyalar Applab mərkəzində sürətləndirilmiş icra modeli konsepsiyasına uyğun olaraq Azərbaycan developerləri tərəfindən yaradılıb və artıq iOS və Android platformalarında mövcuddur. Bizim məqsədimiz yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etməkdir. Bu nüfuzlu beynəlxalq sərgi onların nailiyyətlərini layiqincə qeyd etmək üçün ən gözəl məkandır".

 

Yaddaşını yoxla, hədiyyə qazan!

 

“Bakcell"in stendində maraq doğuran səbəblərdən biri də sərgi ziyarətçiləri üçün bir sıra əyləncəli və maraqlı oyunlar, fan-zonalar təşkil edilməsi olub. Bundan əlavə, "Bakcell" stendinin ziyarətçiləri şirkətin təqdim etdiyi "Bakcell TaxFree app", "Klass Postpaid", "MyHour" və hətta "Pulsuz İnstagram" kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış ola biliblər.

 

Həmçinin "Bakcell"in korporativ müştərilərinə yaxın gələcəkdə təklif olunacaq "Microsoft Office 365" Abunə Paketini əldə etmək istəyənlər həmin paketi "Bakcell" stendində öncədən sifariş etmək imkanı qazanıblar.

 

Üstəlik, "Bakcell" şirkətinin "BakuTel 2017" stendinin ziyarətçiləri sərgidən tam əylənməmiş ayrılmayıblar. Onlar "Ulduzum" yaddaş oyununda iştirak edib şənlənməyə, prizlər udmağa və "Bakcell" şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunublar. Bundan başqa, "Fan-zona"ya gələn "Bakcell" stendinin qonaqları foto/video köşkündə öz şəkillərini müxtəlif maraqlı çərçivələr və fonlarda çap etdirmək imkanına malik olublar.

 

Sürətini "Sür@"lə yoxla, internet qazan...

 

Stendin "Sür@" zonasında qonaqlar hətta pulsuz internet trafiki əldə etmək imkanına malik olublar. Belə ki, bu zonada böyük bir monitora (spidometr) qoşulmuş qaçış trenajoru quraşdırılıb və gələnlər bu trenajorda 30 saniyə ərzində qaçmağa dəvət olunublar. İştirakçılar öz qaçış sürətlərinə uyğun yığdıqları meqabaytlar həcmində internet trafiki qazanıblar. Bu yarışma başa çatdırdan sonra iştirakçının qazandığı meqabaytlar növbəti gün ərzində onun telefon nömrəsinin balansına yüklənilib. İştirakçı hətta “Bakcell” abunəçisi olmadıqda belə, meqabaytlar hədiyyə kimi onun dostunun/yaxınının balansına yüklənib.

 

Aqşin Rafiqoğlu

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018