Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” telefonu enerji ilə dolduracaq sviter yaratdı

“Samsung” şirkəti cihazları enerji ilə doldura biləcək “ağıllı” sviter yaradıb. İKT.lent.az-ın xəbərinə görə, bu barədə “LetsGoDigital” nəşri məlumat yayıb. 
 
Şirkət xüsusi akkumulyatorda əllərin hərəkəti ilə enerji toplaya biləcək sviteri patentləşdirib. Sviterdə insanın fəallığı ilə bağlı məlumatları toplayan ötürücülər və prosessorlar quraşdırılacaq. 

Təxmin edilir ki, bu akkumulyator o qədər də böyük gücdə olmayacaq. Bununla belə, onun həcminin nə qədər olacağı hələlik məlum deyil. Həmçinin qeyd edilir ki, hələlik bu sviterin necə yuyulacağı ilə bağlı heç bir məlumat mövcud deyil. 

Bundan öncə isə bildirilib ki, “Samsung” şirkəti mobil cihazlar üçün enerji doldurulması müddətini 12 dəqiqəyə qədər azaldacaq yeni akkumulyator yaradacağını elan edib. 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018