Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Foxconn” tarixinin ən yaxşı ayı

Daha çox “Foxconn Electronics” kimi tanınan “Hon Hai Precision Industry” şirkəti noyabr ayının maliyyə göstəricilərinin nəticələrini açıqlayıb. 


İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, şirkət qeyd edib ki, bu, onun tarixi boyunca ən yaxşı ay olub. 

Belə ki, bir ay ərzində “Apple” korporasiyasının əsas istehsalçı tərəfdaşı 18,85 milyard dollar gəlir əldə edib. Rekord göstərici oktyabr ayının göstəricisini 17,33 faiz üstələyib. Ötən ilin noyabr ayı ilə müqayisədə şirkətin gəlirləri 18,5 faiz çoxdur. 2017-ci ilin 11 ayında isə yekun hesabata əsasən, şirkətin ümumi gəliri 134 milyard dollar təşkil edib. Bu göstərici isə illik nisbətdə 3,33 faiz artıma bərabərdir.

İstehsalçının sözlərinə görə, məişət elektronikasının istehsalı üçün konsolidasiya edilmiş gəlirə bir balaca yatırım etmək lazım gəlir. Eyni zamanda noyabr ayında masaüstü kompüter istehsalından gələn gəlir bir qədər azalıb. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018