Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tanışlıq saytı istifadəçilərinin intim şəkilləri internetə sızdırıldı

“Ashley Madison” tanışlıq saytının istifadəçilərinin intim şəkilləri internetə sızdırılıb. 

İKT.lent.az-ın Azinnov.com saytına istinadən məlumata görə, “Kromtech Security” şirkətinin mütəxəssisləri bildirib ki, “Ashley Madison” seksual tərəfdaş axtarışı resursunun intim şəkillərinin təxminən 64 faizi internet şəbəkəsinin açıq görüntüsünə sızdırılıb. 
 
Şirkətin mütəxəssisləri qeyd edirlər ki, bu proses istifadəçilərin şəkillərə baxmaq üçün bir-birinə təhvil verdikləri “açar”ın təhvil verilməsi ilə baş tuta bilər. Belə ötürmə istifadəçilərə müsahibinin bütün şəkillərinə çıxış əldə etmək imkan verir. Bura hətta bağlı intim şəkillər də daxildir. 

“Kromtech Security” şirkətində qeyd ediblər ki, intim şəkillər hazırda saytda hər kəs üçün qeydiyyat olmadan belə əlçatan olub. Şəkilin yalnız URL adresindən istifadə etməklə bağlı məlumata giriş əldə etmək mümkündür. 
 
Qeyd edilir ki, bu, bağlı məlumatın internetə sızdırılması ilə bağlı ilk belə hal deyil. İlk dəfə bu saytı 2015-ci ildə sındırıblar. O zaman hakerlər 37 milyon istifadəçinin məlumatlarını ələ keçirərək, onları şantaj ediblər. 
 
“Ashley Madison” nümayəndələri dəyən mənəvi ziyanı qarşılamaq istəyiblər. Onlar 2017-ci ilin yayında 11 milyon dollar ödəməyə söz veriblər.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018