Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Qaçaqmalçılardan 3 milyard dollarlıq bitkoin götürüldü

Bolqarıstan hüquq-mühafizə orqanları qaçaqmalçı şəbəkəni ifşa edərək cinayətkarlardan 3 milyard dollar dəyərində 200 min bitkoin müsadirə edib.

 

İKT.lent.az-ın “Coindesk” saytına istinadən verdiyi xəbərə görə, dəstə üzvləri kompüter virusu ilə sərhədçilərin kompüterlərini yoluxduraraq ölkəyə rüsum ödəmədən mal keçirirmiş. Bu yolla onlar milyonlarla dollar qazanıblar.

 

Hüquq-mühafizə orqanları ümumilikdə 23 nəfəri həbs edib. Onlarda müxtəlif avadanlıqlar, cihazlar və bank sənədləri aşkarlanaraq götürülüb. Müsadirə olunanlar arasında 200 min bitkoin də var.  

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018