Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu il “Yandex”də ən çox nə axtarıldı?

Rusiyanın “Yandex” şirkətinin analitikləri 2017-ci ildə rusiyalıların bu axtarış sistemində ən çox nəyi axtardığını müəyyənləşdirib.

 

İKT.lent.az-ın xəbərinə görə, ən çox axtarış sorğusu aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş terror aktı ilə bağlı olub. Uşaqları intihara sürükləyən qalmaqallı “Mavi balina” oyunu barədə sorğular 2-ci yerdədir. Üçüncü sırada isə Rusiyada etirazlara səbəb olan “Matilda” filmi haqda sorğulardır.

 

Müxalifətçi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun fəaliyyətinə dair sorğular 4-cü sıradadır.  
 

Qadınlar arasında ən çox Dövlət Dumasının sabiq deputatı, müğənni Mariya Maksakova, eləcə də Ukrayna tərəfindən “Eurovision”a buraxılmayan sənətçi Yuliya Samoylova  haqqında axtarış verilib. Top-3 sırasına Andrey Malaxovun “Pust qovoryat” şousunda iştirak edən Diana Şurıgina da daxil olub. A. Malaxov özü isə barəsində ən çox axtarış sorğusu verilən kişilərin ilk üçlüyündədir. Digər 2 nəfər müğənni Dima Bilan və aktyor Armen Ciqarxanyandır.

 

Əşyalar, yeniliklər arasında ən çox axtarış verilən mövzu kimi kriptovalyuta ilk sıraya yüksəlib. Bundan başqa, “Yandex” istifadəçiləri spinner, “iPhone X”, “Samsung Galaxy S8” və “iPhone 8”lə də ciddi maraqlanıblar.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018