Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”dan yenilik: həştəqlərə də abunə olmaq mümkün olacaq

“İnstagram” sosial şəbəkəsində adi istifadəçilərə olduğu kimi, artıq həştəqlərə də qeydiyyat etmək imkanı yaranıb. 

İKT.lent.az-ın dgl.ru saytına istinadən məlumatına görə, hər hansı həştəqə qeydiyyata düşdükdən sonra bu həştəqin qeyd edildiyi daha çox populyar şəkil və videolar xəbər lentində görünməyə başlayacaq. Eyni zamanda həştəqlə qeyd edilən gündəlik hadisələr dostların hadisələri yerləşən yuxarı paneldə əks olunacaq. 

Bu və digər istifadəçinin dostlarına aid hadisələrin göründüyü yuxarı paneldə həştəqlər də görünəcək. Sosial şəbəkənin yeni seçimlərindən istifadə etmək üçün “İnstagram” əlavəsinin son versiyasını yükləmək gərəkdir.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018