Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çantada daşınan 3D-printer yaradıldı -

Çinin “MakeX” şirkəti adi çantaya əlavə edilmiş “Migo” adlanan 3D printer istehsal edib. 

İKT.lent.az-ın “Techcrunch” portalına istinadən məlumatına görə, portativ maşının çəkisi cəmi 2,5 kiloqramdır və onu işləyən zaman bir yerdən digər yerə keçirmək olur.   

“Mogo” cihazı ABS və ya PLA polimerləri ilə işləyən adi 3D printerdir. Cihaz 100x120x100 mm həcmli iş meydançasına malikdir və bu qabaritləri ötməyən əşyaları çap etməyə imkan verir. 

Printerin kiçik həcmləri var ki, bu da onu elə ayaqüstü istifadə etməyə imkan verir. Bunun üçün printerlə birgə şəffaf divarları olan xüsusi çanta da əldə etmək mümkündür.

Çin şirkəti “Migo”nun istehsalı üçün lazım olan 100 min dollar əvəzinə, 137 min dollar vəsait toplamağı bacarıb. 3D-printerin qiyməti 219 dollardır. Onun daşınması üçün çanta isə 70 dollara başa gələcək. 

 

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018