Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Oktyabrda ən çox bu smartfonlar satılıb

“Apple” şirkətinin “iPhone 8” və “iPhone 8 Plus” telefonları bu ilin oktyabr ayında smartfon satışlarının sayına görə liderlər olub. 

 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, “Counterpoint” şirkətinin mütəxəssisləri araşdırma bitdikdən sonra müəyyən ediblər ki, “iPhone 8” satışlarının sayına görə birinci yeri tutub. Bir ay ərzində 4,6 faiz bu model smartfon satılıb.

 

Onun ardınca ikinci sıranı 4 faiz satışla “iPhone 8 Plus” tutub. Üçüncü yerdə isə 2,4 faiz satışla Cənubi Koreya istehsalçısı “Samsung”un “Galaxy Note 8” modeli qərarlaşıb. 

Beləliklə, analitiklərin tanınmış “Apple” brendinin səkkizinci nəsil smartfonunun sadə dizayna görə satışlarının uğursuz olacağı ilə bağlı proqnozları özünü doğrultmayıb. Hazırda isə hər kəs bu günlərdə satışa çıxarılan yeni “iPhone X” modelini müzakirə edir. 

Analitiklər əmindirlər ki, ötən ay ərzində “iPhone 8 Plus” statistikada heç də geriləməyən “iPhone 8” smartfonlarından daha çox satılıb. 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018