Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“LG Group” gələn il öz inkişafına 17 milyard dollar yatıracaq

“LG Group” korporasiyası gələn il aparıcı texnologiyaların tərtibatına və istehsal gücünün genişləndirilməsinə 17,4 milyard dollar investisiya qoymaq niyyətindədir. 

İKT.lent.az-ın “Nikkei” nəşrinə istinadən məlumatına görə, yuxarıda qeyd edilən məbləğ cari ildə yatırılan vəsaitin həcmindən 8 faiz çox olacaq. 

Bu investisiyalar sürücüsüz avtomobillər, OLED displeyləri və biotexnologiya kimi seqmentlərin ətrafında cəmləşəcək. Növbəti il ərzində “LG Group” 10 min nəfərə yaxın mühəndis və digər mütəxəssisləri işə götürmək niyyətindədir. Bu mütəxəssislər elmi təhlil və təcrübə-konstruktor işlərini gücləndirəcək. 

Qeyd edək ki, “LG Group” müxtəlif istiqamətlərdə fəaliyyət göstərən onlarla şirkətin daxil olduğu iri şirkətlər qrupudur. Onların arasında ən tanınmışları “LG Electronics”, “LG Chem”, “LG Display” və “LG Innotek” şirkətləridir.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018